Srağagün “Klivlend”ə uduzan “San-Antonio” ardıcıl məğlubiyyət sayına görə klub antirekordunu təkrarladı.
Son 13 oyunun hamısında uduzan “Spers” 1988/89 mövsümündə də belə aqibətlə üzləşmişdi. Texaslıların bu arzuolunmaz seriyası yanvarın 20-də - “Klippers”ə məğlubiyyətlə başlayıb. Qreqq Popoviçin çalışdırdığı komanda mövsümboyu keçirdiyi 58 oyunun yalnız 44-də qalib gəlməklə Qərb konfransının turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.