Şotlandiya klubu ÇL tarixinə düşdü

4.11.2022 19:30 399
Çempionlar Liqası
Çempionlar Liqasında bütün oyunlarda uduzan, top fərqi 2:22 olan “Reyners” turnirin qrup mərhələsi üçün yeni antirekord müəyyənləşdirdi.

Football-plus.az xəbər verir ki, Qlazqo klubu 2011/12 mövsümündə 6 oyunun hamısında uduzan Zaqreb “Dinamo”sunun top fərqi ilə bağlı uğursuzluğunu (3:22) yenilədi.

Maraqlıdı ki, “Qarabağ”ın əlindən ÇL-in qrupuna vəsiqəni qoparan “Viktoriya” da “Dinamo”nun antirekordunu təkrarladı (5:24).