Pike antirekodla yadda qaldı

11.11.2022 13:58 330
Dünya futbolu
Ötən tur “Nou Kamp”da doğma azarkeşlərlə vidalaşan Pike “Osasuna” ilə oyunun iştirak ərizəsinə salınsa da, fasilədə paltardəyişmə otağına yollanarkən hakim Xesus Xil Mansano ilə mübahisəyə görə qırmızı vərəqə ilə cəzalandı.

"Football-plus.az" xəbər verir ki, “Barsa”nın heyətində 11-ci dəfə belə sərt cəza ilə üzləşən müdafiəçi Xristo Stoiçkova məxsus klub antirekordunu təkrarladı.

3-cü yerdə isə 9 “qırmızı” ilə Qvardiola qərarlaşıb.