“Miluoki”nin yunan lideri Yannis Adetokumbo ən çox izlədiyi Avropa klublarının adını çəkib.
Xatırladaq ki, onun kiçik qardaşı Kostas cari mövsümdə “Fənərbaxça”nın şərəfini qoruyur:
“Qrafikim imkan verdiyi qədər Avroliqanı izləməyə çalışıram. Kostas hazırda Avroliqanın ən güclü komandalarından birinə keçməklə bağlı qərar verdiyinə görə çox sevinirəm. O, “Fənərbaxça”ya qələbələr qazanmaqda yardım edir. “Olimpiakos” da möhtəşəm oynayır. Əsasən bu iki komandanın oyunlarını izləyirəm. “Panatinaikos” yaxşı komandası, ancaq “4-lər finalı”na vəsiqə qazanacağına inanmıram”.
MBA ulduzu “Fənərbaxça”ya azarkeşlik edir
İdman



