“Miluoki”nin forvardı Yannis Adetokumbo 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarında Yunanıstan yığmasının bayraqdarı olmaq istəyir:
“Yığmanın bayrağını daşımaq möhtəşəm olardı. Ancaq ora düşmək üçün bəzi addımlar atmalıyıq”.
“Miluoki”nin 27 yaşlı ulduzu yığmanın da formasını geyir. 2017, 2018, 2019 və 2020-ci illərdə keçirilən Ulduzlar oyununun iştirakçısıdı, 2019, 2020-ci illərdə MBA-nın ən dəyərli oyunçusu sayılıb.
Son Avropa çempionatında Yunanıstan 1/4 finalda Almaniyaya uduzmaqla (96:107) mübarizəni dayandırıb.