“The Best” mükafatına növbəti iddiaçılar açıqlanıb.
Football-plus.az xəbər verir ki, FİFA 2022-ci ilin ən yaxşı kişi və qadın futbolçusu adına namizədlərin kimliyinə aydınlıq gətirib.
Kişi futbolçular üzrə siyahıya Kərim Benzema (Fransa, “Real”), Lionel Messi (Argentina, PSJ) və Kilian Mbappe (Fransa, PSJ) daxil edilib. Qadın futbolçular üzrə siyahıda da 3 oyunçu var. Onlar Bet Mid (İngiltərə, “Arsenal”), Aleks Morqan (ABŞ, “San Dieqo Veyv”) və Aleksiya Putelyasdı (İspaniya, “Barselona”).
“The Best” mükafatı laureatlara fevralın 27-də keçiriləcək mərasimdə təqdim ediləcək.