Ronaldo “The Best”ə iddia edə bilməyəcək

15.01.2023 21:51 256
Dünya futbolu
FİFA 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. “The Best” mükafatına namizəd göstərilən oyunçular arasında Kriştiano Ronaldonun yoxluğu diqqəti ilk növbədə cəlb edir.

Nominantların sıyahısını nəzərinizə çatdırırıq: Xulian Alvares (Argentina, “Mançester Siti”), Cud Bellinqgm (İngiltərə, “Borussiya” D), Kərim Benzema (Fransa, “Real”), Kevin De Bruyne (Belçika, MS), Erlinq Holann (Norveç, MS), Əşrəf Hakimi (Mərakeş, PSJ), Robert Levandovski (Polşa, “Barselona”), Sadio Mane (Seneqal, “Bavariya”), Kilian Mbappe (Fransa, PSJ), Lionel Messi (Argentina, PSJ), Luka Modriç (Xorvatiya, “Real”), Neymar (Braziliya, PSJ), Məhəmməd Salah (Misir, “Liverpul”), Vinisius Junior (Braziliya, “Real”).

“The Best” mükafatının sahibi fevralın 27-də məlum olacaq. 2021-ci ildə bu mükafata Polşa millisinin hücumçusu Robert Levandovski layiq görülüb.