FİFA artıq müxtəlif nominasiyalar üzrə ilin ən yaxşısı adına namizədlərin sayını açıqlamaqdadı.
Football-plus.az xəbər verir ki, “2022-ci ilin ən yaxşı qapıçısı” nominasiyası üzrə son “üçlük”də belçikalı Tibo Kurtua, argentinalı Emiliano Martines və mərakeşli Yassin Bunu yer alıb. Qadınlar arasında “ən yaxşı qapıçı” seçilməyə iddialı futbolçuları da xatırladaq: Avropa çempionatının qalibi olan İngiltərə yığmasının qapıçısı Meri Erps, Almaniya yığması ilə qitə birinciliyinin finalında oynayan, eləcə də “Çelsi”nin heyətində İngiltərə çempionu və kubokunun qalibi olan Ann-Katrin Berger, “Lion”un heyətində Çempionlar Liqasının qazanan çilili Kristiana Endler.
“Ən yaxşı kişi baş məşqçi” nominasiyası üzrə mükafata da üç iddalı var: Karlo Ançelotti (İtaliya/“Real”), Xosep Qvardiola (İspaniya/“Mançester Siti”), Lionel Skaloni (Argentina yığması).
“Ən yaxşı qadın baş məşqçi” nominasiyası üzrə mükafatın finalçıları da açıqlanıb. Yekun siyahıda üç mütəxəssis yer alıb: Sonya Bompastor (Fransa/“Lion”), Pia Sundxage (İsveç/Braziliya yığması), Sarina Viqman (Niderland/İngiltərə yığması).
Xatırladaq ki, mükafatlandırma mərasimi fevralın 27-də Parisdə keçiriləcək.