FİFA-nın saytında yer alan xəbərdə deyilir ki, futbol klubları qış “transfer pəncərəsi”ndə keçidlərə 1,57 milyard dollar xərcləyib.
Football-plus.az xəbər verir ki, bu bir “transfer pəncərəsi” üçün rekord məbləğdi. 1,3 milyard dollar təşkil edən əvvəlki rekord 2018-ci ilin yanvarında müəyyənləşdirilmişdi. Dünyanın futbol klubları 2023-cü ilin yanvarında ümumilikdə 4387 keçid reallaşdırıb. FİFA-nın hesabatında bu məqam da vurğulanır ki, 2022-nin qışı ilə müqayisədə transferlərin sayı 14,4, sövdələşmələrin məbləği isə 49,4 faiz yüksəlib.