Yurgen Klopp məşqçilik karyerasında Antonio Konte üzərində ikinci qələbəsini qazanıb.
Football-plus.az xəbər verir ki, almaniyalı mütəxəssisin rəhbərliyi altında "Liverpul" premyer-liqanın 15-ci turunda "Tottenhem"i məğlub edib - 2:1. Ümumilikdə Klopp və Konte 7 dəfə üz-üzə gəlib. İtalyalının "Çelsi"də işlədiyi müddətdə çalışdırıcılar hərəyə bir qələbə qazanıb, iki heç-heçə ediblər. Konte "Tottenhem"ə təyin olunandan sonra isə məşqçilərin komandaları üç dəfə qarşılaşıb. Bunların ikisi bərabərliklə nəticələnib. Bu günki matçda isə Klopp qalib gəlib.
Klopp Konte ilə duellərdə önə keçdi
Dünya futbolu



