Alın sümüyü sınan futbolçu nə vaxt sıraya dönəcək? - AÇIQLAMA -

9.02.2023 17:59 434
Aktual / Premyer-liqa
Misli premyer-liqasının 20-ci turunda gerçəkləşən "Səbail" - "Kəpəz" qarşılaşmasının 31-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Kizito Luvaqa zədələndi.

Rəqib futbolçu ilə toqquşan futbolçu təcili yardımla xəstəxanaya çatdırıldı. Legioner 21-ci turda "Sabah"a qarşı oyunu da buraxdı. Görəsən, onun zədəsi nə dərəcədə ciddidi?

"Football-plus.az" saytı olaraq bunu "dənizçilər"in mətbuat katibi Sənəm Fərhadovadan soruşduq:

"Kizitonun üzünün sol tərəfində, göz ətrafının alın sümüyünün bir neçə nahiyəsində sınıq var. Bundan başqa, yüngül kəllə-beyin travması da keçirib. Sıraya dönməsi 4 həftə çəkəcək".

ABDULLA İSMAYILOĞLU