"Sumqayıt"ın kapitanının MRT müayinəsinin cavabı açıqlandı - RƏSMİ

28.01.2023 22:39 476
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 19-cu turunda gerçəkləşən "Zirə" - "Sumqayıt" qarşılaşmasının 30-cu dəqiqəsində "kimyaçılar"ın kapitanı Vurğun Hüseynov zədələnərək əvəzləndi.

"Football-plus.az" saytı olaraq təcrübəli müdafiəçinin zədəsinin nə dərəcədə ciddi olduğunu aydınlaşdırmaq üçün klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq:

"Kapitanımız MRT müayinəsindən keçdi. Baldır nahiyəsində yırtıqlar aşkarlandı. Odu ki, Vurğun Hüseynov 2-3 həftəlik sıradan çıxıb".


ABDULLA İSMAYILOĞLU