"Səbail"in legionerinin zədəsinə aydınlıq gəldi - AÇIQLAMA

2.02.2023 23:40 352
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 20-ci turu çərçivəsində keçirilən "Səbail" - "Kəpəz" matçında Kizito Luvaqa qonaqların müdafiəçisi Yusif Nəbiyevlə toqquşaraq üzündən xəsarət aldı.

Uqandalı forvard təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıldı. "Football-plus.az" saytı olaraq futbolçunun durumuyla bağlı klubun mətbuat katibi Sənəm Fərhadovayla əlaqə saxladıq:

"Kizioto başından zədə aldığı üçün ilk müayinəni komandamızın həkimləri etdi. Lakin zədənin nə dərəcədə ciddi olub-olmadığına əmin olmaq üçün futbolçunu təcili tibbi yardımla xəstəxanaya yola saldıq. MRT nəticəsində bəlli oldu ki, ciddi nəsə yoxdu. Futbolçumuz hazırda istirahətdədi. Qarşıdakı turda oynaması ilə bağlı ciddi əngəl yoxdu".

ABDULLA İSMAYILOĞLU