Bədavi Hüseynovun zədəsi nə dərəcədə ciddidi? – AÇIQLAMA

14.11.2022 17:11 409
Ölkə futbolu / Manşet
"Sabah" – “Qarabağ" qarşılaşmasının 73-cü dəqiqəsində Ağdam təmsilçisinin aparıcı müdafiəçisi Bədavi Hüseynov zədələnərək əvəzləndi.

Bu gün isə təcrübəli müdafiəçi millidən kənarlaşdırıldı. "Football-plus.az" saytı olaraq onun zədəsinin nə dərəcədə ciddi olduğu və hansı müddətə yaşıl meydandan uzaq qalacağı ilə bağlı maraqlandıq. “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə bunları söylədi:

"Təəssüf ki, Bədavi "Sabah"la matçda zədələndi. Ağrılar üzündən millinin heyətindən də çıxarıldı. Zədənin nə dərəcədə ciddi olduğu tam müayinə ediləndən sonra aydınlaşacaq".

ABDULLA İSMAYILOĞLU