"Zirə"də gözlənilən təyinat reallaşdı - ÖZƏL

9.02.2023 16:27 622
Manşet
Azər Məmmədovun gedişindən sonra "Zirə-2"də baş məşqçi postu hələ də vakantdı. Toplanış zamanı komandanı məşqlərə Hacı Əhmədov çıxarırdı. Elə 2 gün öncə "Kəpəz-2" ilə matça da komandanı gənc mütəxəssis çıxardı.

Görəsən, əvəzedicilərin baş məşqçisinin adına nə vaxt aydınlıq gələcək? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Kəpəz-2" ilə oyuna qədər baş məşqçi məsələsi dəqiqləşmədiyindən komandanı meydana Hacı Əhmədov çıxarmışdı. Bu gün yeni baş məşqçimiz bəlli oldu. Akademiyamızın rəhbəri Zaur Həşimov mövsümün sonuna kimi həm də "Zirə-2"nin "sükanı arxasında"olacaq".

ABDULLA İSMAYILOĞLU