Yubileyi qara gəldi

11.10.2022 12:11 330
Dünya futbolu
“Ştutqart”da baş məşqçi istefası zərurətə çevrilib. Rəhbərlik Pelleqrino Mataratsonu isteaya göndərib.

Football-plus.az xəbər verir ki. Almaniya klubunun saytının məlumatında bu qərara uğursuz nəticələrin səbəb olduğu bildirilib. Yeni baş məşqçi ilə bağlı hələlik qərar verilməyib. Mataratso komandanı 2019-ci ilin dekabrından çalışdırırdı. “Ştutqart” onun rəhbərliyi altında bu mövsüm ölkə çempionatında 9 oyunda 5 xal yığıb və 18 komanda arasında 17-ci yeri tutur.

Qeyd edək ki, Mataratso şvabiyalıları ümumilikdə 100 oyuna çıxarıb. Yubiley matçı isə “Union” ilə ev oyununa (0:1) təsadüf edib.