Bundesliqa klubunda ayrılıq

19.05.2022 12:38 541
Dünya futbolu
"Hoffenhaym" baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.

"Football-plus.az" saytının məlumatına görə, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub. Qeyd edək ki, Sebastyan "Bavariya"nın sabiq prezidenti Üli Hönessin qardaşı oğludu. O, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi.