3 həftəyə 2 istefa

1.09.2022 20:30 349
Dünya futbolu
“Ximki”də növbəti baş məşqçi dəyişikliyi zərurətə çevrilib.

Rəhbərlik Nikolay Pisarevlə yolları ayırıb. Onunla müqavilənin pozulmasına komandanın uğursuz çıxışı səbəb olub. Pisarev baş məşqçi vəzifəsinə avqustun 10-da təyinat almışdı. 3 həftə əvvəl istefaya göndərilən Sergey Yurana xələf olan çalışdırıcı rəhbərliyin etimadını doğrulda bilməyib.
Onun yerini Spartak Qoqniyev tutacaq. 41 yaşlı mütəxəssislə “1+1 il” sxemi üzrə razılıq əldə olunub.

“Ximki” Rusiya çempionatında keçirdiyi 7 oyuna 7 xalla 16 komanda arasında 11-ci yeri tutur.