Atası Serenanı korta dönməyə məcbur edir

7.02.2023 20:50 223
İdman
“Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi, amerikalı tennisçi Serena Uilyams maraqlı açıqlama verib.

Football-plus.az xəbər verir ki, onun dediyinə görə, atası Riçard Uilyams korta qayıtmağa məcbur edir:
“Atam mənə deyir ki, “Serena, sən daha bir-iki “Böyük dəbilqə” turnirində oynaya bilərsən”. Mən isə cavab verirəm ki, ata, lütfən, dayanaq”.

Xatırladaq ki, Serena ötənilki “US Open”in 3-cü mərhələsində avstraliyalı Ayleyə uduzandan sonra – 2022-nin sentyabrında karyerasını bitirib.