• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Serena Uilyams korta qayıdır

İdman

25-06-2022, 14:0

Serena Uilyams karyerası boyunca 73 titul qazanıb.

“Böyük dəbilqə” turnirlərində fərdi yarışda 23 qələbəsi var, daha 14 dəfə bacısı Vinusla birgə qələbə qazanıb, 4 dəfə olimpiya çempionu olub. Amerikalı tennisçi ilk böyük qələbəsini ötən yüzilin sonunda, sonuncusu isə bugünlərdə qazanıb. Serena bir il idi korta çıxmırdı, ancaq qəfil dönüş qərarı verdi. O, “Uimbldon” turnirində də çıxış etmək niyyətindədi.

Kortdan kənarda parlaq həyat

Uilyams son illərdə korta heç kimi təəccübləndirmirdi. Ailə qurdu, qızı dünyaya gəldi, azarkeşlər arasında hədsiz populyarlığı qorusa da, nəticələri artıq ürək açmırdı, yəni daha məğlubedilməz deyildi. Fərdi yarışda sonuncu dəfə ötənilki “Uimbldon”da göründü və elə ilk mərhələdə belaruslu Aleksandra Sosnoviçə uduzdu. Daha dəqiqi, zədə üzündən sona qədər kortda qala bilmədi. Serena tennislə yanaşı, özünün “Aneres Designs” adlı geyim brendinin istehsalı ilə də məşğuldu. Hətta şirkətlərdən biri üşün qadın çantalarının və bijuteriyasının dizaynını da özü verib. Odu ki, Serenanın əsas gəlirləri artıq turnirlərdə qələbələrin yox, reklam müqavilələrinin payına düşür. Amerikalı hələ 16 yaşında tennisçilər üçün geyim istehsal edən nəhəng şirkət ilə əməkdaşlığa başlayıb. Yəni Uilyamsın hər turnirə təkcə fiziki forma baxımından hazırlaşmaması təəcccüblü deyil. O həm də korta çıxdığı geyimləri xüsusi həvəslə seçir. Məsələn, qara, bədənə yapışan kombinezon hamının yadında qaldı. Düzdü, “Uimbldon”da gözlənilməz rənglər aktual deyil – orda ancaq ağ formada çıxış etmək lazım gələcək. Reklam müqavilələri ilə yanaşı, Serena uzun illərdi xeyriyyəçiliklə də məşğul olur. Təkcə bir neçə addımını xatırlamağa dəyər. Seneqal və Keniyada üç məktəbin açılması üçün bütün xərcləri ödəyib, tibb bacılarının təhsili üzrə Etunda Prays adına təqaüd ayırıb. Necə deyərlər, varını verən utanmaz! Amerikalı tennisçi dünyada ən çox qazanan idmançılar sırasına daxildi, amma ehtiyacı olanlardan da yardımını heç vaxt əsirgəmir.

Üfüqdə rekord görünür

Hər halda, Serenanın həyatında adrenalin çatışmazlığı var. Çox güman, məhz bu üzdən “Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi, demək olar ki, bir il sürən məzuniyyətdən sonra korta dönməyə qərar verib. Uilyams hələ apreldə əvvəlcə “Uimbldon”da, ardından ABŞ Açıq Çempionatında oynamaq istədiyini demişdi. Yəqin Serena 24-cü “Dəbilqə”ni qazanmaq və Marqaret Kortun rekordunu təkrarlamaq istəyir. Uilyams son illərdə bunu heç cür bacarmayıb – 2021-də “Australian Open”də yarımfinala qədər irəliləyib, amma bütün başqa turnirlərdə 1/16 finalda dayanıb. Bütün problem zədə ilə bağlıdı – ayağının durumu ötən il “Uimbldon”da və US Open-də iştiraka imkan vermədi. Elə yaş da öz işini görür – tennisçi artıq 40 yaşı arxada qoyub. Uilyams korta dönüş yolunda ilk addımı İstburnda atdı – orda cütlərin yarışında tunisli Ons Jaberlə birgə çıxış edir. Qızlar ilk oyunda qalib gəldi. Serena qələbədən sonra belə dedi: “Onsla oynamaq maraqlıdı. Belə uzun fasilədən sonra bu qələbə mənə çox lazım idi. İlk setin gedişində Onsa dedim ki, pis oynamırıq, ancaq rəqiblər də güclüdü. Mübarizədən qopmamağa çalışdıq, 2-ci setdə isə artıq özümüz yaxşı çıxış etməyə başladıq”.
Oyuna baxanların diqqətini Serenanın boğazında bir neçə hissədən ibarət olan qara plastır cəlb etdi. Əvvəllər amerikalı Betani Mattek-Sands sifətində belə yaradıcılıq nümunələri ilə fərqlənib. Ancaq Uilyamsın bu yolla başqalarından seçilmək istəyi inandırıcı deyil. Tennisçi özü də bununla bağlı heç bir izahat vermədi. Serena “Uimbldon”a “wild card” ilə qatılacaq, bununla belə, dərhal onu favoritlər sırasına qatıblar. Özü də onun qələbə şansını son vaxtlar az-çox sabit oynayan Mariya Sakkari, Paula Badosa, Karolina Plişkova və başqaları ilə müqayisədə daha yüksək sayırlar. Qadın tennisi izaholunmazdı. Hər halda, bu gün heç kim Serenanın hansı formada olduğunu bilmir. O, son illər turnirlərdə uğursız çıxış etsə də, heç şübhəsiz, “Uimbldon”un favoritlərindəndi. Serenanın rəqibləri artıq onun korta dönüşünü şərh etməkdədi – belə ulduz idmançıya görə çoxları sevinir. Maraqlıdı ki, elə həmin çoxları turnir torunda amerikalı ilə üz-üzə gəlmək istəmirlər. Məsələn, Mariya Sakkari və Paulo Badosa bu mənada püşkün mərhəmətinə ümid edirlər. Rusiya və Belarus tennisçiləri ilə bağlı qalmaqala görə reytinq xalının verilməyəcəyi “Uimbldon” cəlbediciliyini bir qədər itirsə də, əvəzində Serena Uilyamsı tapıb. Təbii ki, amerikalı ulduz turnirə marağı artıracaq.

Paylaş:
Digər xəbərlər
Aktual
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
Son xəbərlər
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
Daha çox
Oxunub: 650
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 238
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 215
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 212
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə