Hamı onun getməsini istəyir?

6.02.2023 14:52 247
İdman
“Formula-1” komandalarından birinin rəhbəri hamının Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sulayemin istefasını istədiyini bildirib.

Football-plus.az xəbər verir ki, adının çəkilməsini istəməyən həmin rəhbər şəxs bunları deyib:

“Hər kəs düşünür ki, o getməlidi. Əlbəttə, bu ümumi fikirdi”.

Xatırladaq ki, son həftələrdə prezidentlə “Formula-1” arasında münaqişə alovlanıb. Daha əvvəl bildirilmişdi ki, bəzi “Formula-1” komandaları FİA prezidentinin rəhbərlik tərzindən narazıdı.

Eyni zamanda, mənbənin sözlərinə görə, komandalar Bin Sulayemin 2001-ci ildə qadınların zehni qabiliyyəti haqqında dediyi sözləri ikrahla qəbul ediblər. Daha əvvəl FİA-nın hazırkı prezidentinin saytından köhnə sitat mediada yer almışdı və o, “kişilərdən daha ağıllı olduğuna inanan qadınları sevmirəm, çünki əslində belə deyil” demişdi.