Prezident “Formula-1”i telefona bənzətdi

24.12.2022 18:56 310
İdman
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem avtoidmanda, xüsusən də “Formula-1”də mərkəzləşdirilmiş qaydada tənzimlənmənin zəruriliyindən danışıb.

Football-plus.az xəbər verir ki, prezidentin bununa bağlı fikirləri:

“Formula-1” avtomobil idmanının zirvəsidi. Burda həm mübahisə, həm də problem tapacaqsız. Komandalar özlərini ən yaxşı həddə çatdırır və həmişə zirvəyə doğru yol tapmaq istəyirlər. Amma qaydalar olmadan yarışa bilməzsən və onları daim yeniləməlisən. Çünki əks halda hər şey nəzarətin olmadığı güləşə çevriləcəkdi. FIA qarşısında böyük bir vəzifə var idi – təkmilləşdirmə və yenilənmə. Telefon aləmində olduğu kimi. Onu yeniləməsən, geridə qalacaqsan. Komandalar və texnologiya inkişaf edir və biz nəinki onlarla ayaqlaşmalıyıq, həm də onları qabaqlamalıyıq”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul