“Formula-1” komandalarından əksəri çempionatın genişləndirilməsinin əleyhinədi.
Bu haqda xəbəri komandalardan birinin yüksək vəzifəli əməkdaşına istinadla “Reuters” agentliyi yayıb. Baxmayaraq ki, “Andretti” komandası artıq “General Motors” avtomobil istehsalçısı ilə güc qurğularının təminatıyla bağlı razılığa gəlib. Adının çəkilməsini istəməyən qaynaq iddia edir ki, Amerika komandasının çempionatın iştirakçıları sırasına qoşulmaq ehtimalı azdı. Maykl Andretti 1978-ci ildə “Formula-1” üzrə dünya çempinatının qalibi olan Mario Andrettinin oğludu. Andretti ailəsi artıq “İndikar”, “Formula E” və “Extreme E” çempionatlarında komandaya malikdi.
Yeri gəlmişkən, “Andretti” ilə yanaşı, “Pantera Asiya” komandası da “Formula-1” çempionatına qatılmaq niyyətini açıqlayıb.