Bu ideya çoxdan səslənsə də, bəzi iştirakçıların genişlənmənin əleyhinə olduğu sirr deyil. Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd bin Sulayem “Dakar” rallisi zamanı keçirilən mətbuat konfransında bu məsələyə toxunmalı olub:
“Ümumilikdə “Formula-1”in perspektivindən danışırıqsa, onu başqa brendlərin üzünə açmalıyıq. Start meydançasında 12 komanda (hazırda çempionatda 10 komanda yarışır – red.) ola bilər. Yeni avtomobil istehsalçıları “Formula-1”in daha yaxşı olmasına yardım edə bilər. Yeni komandaları, xüsusən də Amerika təmsilçilərini salamlamamaq üçün əsas görmürəm. Axı bu il üç mərhələ məhz ABŞ-da keçiriləcək. 12 komandadan biri olmaqla bağlı istənilən təklifi alqışlayırıq. Hətta kiçik olsalar da - məsələn, “Haas” kimi – belə, yaxşı komandaları qəbul edirik. Tezliklə çempionatda 11-ci komandanın görünəcəyinə ümid edirik. Baxaq görək nə alınır”.

