Eşbi gəldi, Darlou getdi, Karius qaldı

5.02.2023 14:51 252
Dünya futbolu
“Nyukasl” qış transferlərini iki əməliyyatla başa vurub. İngiltərə klubuna bir oyunçu qoşulub, heyəti isə bir futbolçu tərk edib.

Premyer-liqada işləri əla gedən “Nyukasl” “Vest Hem”dən Harrison Eşbini transfer edib. Sözləşmənin müddəti açıqlanmasa da, uzunmüddətli olduğu bildirilib. Qeyd edək ki, Şotlandiyanın U-21 millisinin üzvü olan Harrison “Vest Hem”in yetirməsidi.

Karl Darlou isə “sağsağanlar”ın sıralarını tərk edib. Qapıçı iyunun sonuna qədər İngiltərənin 2-ci divizionunda çıxış edən “Hall Siti”yə icarəyə verilib.
Loris Karius isə çıxışını “Nyukasl”da davam etdirəcək. Bu mövsüm premyer-liqada meydana çıxmaq şansı qazanmayan alman qapıçı rəhbərliyin yeni təklifini müsbət cavablayıb. Lorislə müqavilənin müddəti yaya qədər artırılıb. Xatırladaq ki, “ağ-qaralar”a ötən ilin sentyabrında qoşulan Karius İngiltərə klubu ilə 3 aylığa anlaşmışdı.