Premyer-iqa klubu baş məşqçi ilə uzunmüddətli müqavilə imzaladı

6.08.2022 13:50 339
Dünya futbolu
İngiltərənin "Nyukasl" klubu baş məşqçi Eddi Hou ilə yola davam etmək qərarı verib.

"Football-plus.az" xəbər verir ki, Premyer Liqa təmsilçisi 44 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalayıb. Lakin sözləşmənin neçə illik olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Eddi Hou 2021-ci ilin noyabr ayından "Nyukasl"ı çalışdırır. Komanda ingiltərəli mütəxəssisin rəhbərliyi altında 27 matçda 13 qələbə qazanıb, 4 heç-heçə edib, 10 dəfə isə meydanı məğlub tərk edib.