Karius “sağsağanlar”a qoşuldu

20.09.2022 15:56 319
Dünya futbolu
Nəhayət, Loris Karius özünə yeni iş yeri tapıb: o, yenidən premyer-liqada oynayacaq.

Football-plus.az xəbər verir ki, “Liverpul”un sabiq qapıçısı “Nyukasl” ilə qısamüddətli müqavilə bağlayıb. “Sağsağanlar” ona Karl Darlounun ağır zədələnməsindən sonra ehtiyac duyublar. Bu səbəbdən alman qapıçı ilə 4 aylıq müqavilə imzalanıb. Amma anlaşmada müddətin sonradan mövsümün sonuna qədər artırıla biləcəyi ilə bağlı bənd də nəzərdə tutulub.

29 yaşlı Karius yayda “Liverpul”lamüqaviləsi qüvvədən düşdüyü üçün azad agent statusu qazanmışdı.