Dubravka MY-ni erkən tərk etdi

13.01.2023 21:15 251
Dünya futbolu
Martin Dubravka “Mançester Yunayted”dən ayrılıb. Slovakiyalı qapıçı klubu vaxtından əvvəl tərk edib.

Dubravka 2022-ci ilin yayında “Nyukasl”dan 2,3 milyon avroya icarəyə götürülmüşdü. İcarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Lakin “Nyukasl” rəhbərliyi 33 yaşlı qapıçını bu ay sıralarına qaytarmağı lazım bilib.

Qeyd edək ki, Martin MY-nin qapısını yalnız İngiltərə Liqa kubokunun 2 oyununda qorumaq imkanı qazanıb və 2 top buraxıb.