Laysman futbolçunun əmanətinə xəyanət etməyib - AÇIQLAMA

4.02.2023 13:06 352
Premyer-liqa
Premyer-liqanın 20-ci turunun "Qarabağ" - "Şamaxı" qarşılaşmasının 36-cı dəqiqəsində "şirlər"in heyətində Elçin Mustafayev əlcəyini laysmana verdi. Köməkçi hakim bir neçə dəqiqə əlcəyi əlinə geysə də, sonra onu 4-cü hakimə verdi.

Football-plus.az olaraq, futbolçudan əlcəyini yan xətt hakiminə verməsinin səbəbini öyrəndik:

"Aut atarkən top əlimdən sürüşürdü. Buna görə də əlcəyimi çıxarıb laysmana verdim. Sağ olsun, qəbul etdi. Oyundan sonra da geri qaytardı".