Konoru məhkəməyə vermişdi, maşını yandırıldı

3.02.2023 17:58 276
Maraqlı
UFC-nin yarımyüngül və yüngül çəkidə sabiq çempionu Konor Makqreqoru ötən il yaxtada ona hücum çəkməsi iddiası ilə məhkəməyə verən 40 yaşlı qadının avtomobili İrlandiya paytaxtı Dublində yandırılıb.

Football-plus.az Dublin polisinin açıqlamasını təqdim edir:

“Polis axşam saat 10 radələrində avtomobilin yandırılması ilə bağlı insidenti araşdırır. Heç kim zərər çəkməyib. İstintaqın indiki mərhələsində heç bir həbs həyata keçirilməyib. Təhqiqat davam edir”.

Avtomobili yandırılan qadın bir müddət əvvəl bəyan etmişdi ki, irlandiyalı döyüşçü yaxtada onu döyüb və batıracağını deyib. Bu qalmaqal ötən ilin iyulunda İbitsada baş verib. Makqreqor bütün ittihamları rədd edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul