Bu gün qadınlardan ibarət "Kür" həndbol klubu avrokuboklarda cavab görüşünə çıxıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Cənubi Kiprin APOEL klubu ilə yenidən üz-üzə gəlib və bu dəfə də qalib gəlib (39:13).
Qarşılaşma yenə Mingəçevirdə baş tutub.
Xatırladaq ki, dünən bu komandalar arasında keçirilən oyunda "Kür" 40-18 hesabı ilə qələbə qazanmışdı.
"Kür" APOEL-ə yenə qalib gəldi
İdman






