UFC-nin superulduzu avtoxuliqanlıq səbəbindən dəmir barmaqlıqlar arasına düşüb.
İrlandiyalının 200 min avro dəyərindəki "Bentley Continental" avtomobili müsadirə olunub.
İdmançının mətbuat katibi Karen Kessler xəbəri təsdiq edib:
"Cənab Makqreqor idman zalına maşınla gedirdi və polis onu yol hərəkəti qaydalarını pozduğuna görə saxladı. O, narkotik və alkoqol testlərindən keçdi, sonra müvəqqəti təcridxanaya aparıldı. Məhkəməni gözləyirik".

