“İkinci hissədə rəqibin üstün olacağını bilirdik” - Fərid Namazov

11.10.2026 18:30 36
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 7-ci turunda “İmişli” Yevlax şəhər stadionunda “Qarabağ”ı qəbul edib.

Qonaqların iki cavabsız qolla qalib gəldiyi matçdan sonra “pələnglər”in baş məşqçisi Fərid Namazov mətbuat konfransı keçirib.

Diqqətinizə çatdırmaq istəyirik ki, bu konfransda yalnız “Football-plus.az” iştirak edib.

- İlk növbədə rəqibi təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ”ın avrokuboklardan kənarda qalması tam heyətlə oynamasına şərait yaradırdı. Bizim heyətlə bağlı təxminlərimiz var idi, düşündüyümüz heyətlə çıxdılar. İlk hissədə istədiyimizi alındıra bildik. İkinci hissədə rəqibin üstün olacağını bilirdik. Daha çox oyunçuyla riskə gedəcəkdik. Əsas məqsəd aşağı zonalarda boşluq yaratmamaq idi. Səhvimiz oldu. 2-ci qoldan əvvəlki epizodda top meydandan çıxmışdı. Uşağlara çox sağ ol deyirəm. İki epizodda diqqətsizlik etmək yaxşı deyil. Amma ümumən yaxşı oynadılar. İndi isə “Turan Tovuz”a qarşı oyna hazırlşacağıq.

- Bəxtiyar Həsənalizadənin oyunun sonlarına yaxın aqressivləşməsi oyuna görə, yoxsa başqa səbəblərdən baş verdi?
- O sakit təbiətə malikdi. Təbii ki, oyuna görə oldu. Hesabı bərabərləşdirməyə çalışırdıq. Bu zaman əsəbləşdi. Futbol emosional oyundu. Olan hadisədi.

İSRAYIL XEYRULLAYEV