Boks üzrə millimiz Budvada U-17 Avropa çempionatında növbəti medalı aktivinə əlavə edib.
"Football-plus.az" xəbər verir ki, yığmamızın heyətində bu dəfə Həsrət Məmmədov (46 kq) fəxri kürsüyə yüksəlib. Təmsilçimiz finalda Kristi Kaşuya (Rumıniya) uduzub. Bununla da yığmamızın medallarının sayı 6-ya çatıb.
Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Bu gün daha iki idmançımız final döyüşünə çıxacaq.
Həsrət medallarımızın sayını 6-ya çatdırdı
İdman






