"Qarabağ" Misli premyer-liqasının 7-ci turunda "İmişli"ni məğlub etdi - 2:0.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- İlk olaraq futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bu matç çox əziyyət çəkdilər. Qarşımızda kompakt komanda var idi. Səbrli oynamaq lazım idi. Futbolçularımız bunu bacardı. Həmçinin, liqada 1000-ci oyunumuza çıxırdıq. Bu səbəbdən azarkeşlərimizi təbrik edirəm. Bu oyunda bizi dəstəkləməyə gəldikləri üçündə təşəkkür edirəm. Çox şadam ki, qalib gəlib onların əziyyətini yerə vurmadıq.
- Milli komandalarin oyunlarından sonra komandaya bu mövsüm qoşulan futbolçular heyətə tam uyğunlaşa bilib? Hazırki çıxışları sizi qane edir?
- Hələ bəzi çatışmazlıqlar var. Komanda ilə birgə olmayan və zədəli futbolçular var idi. Biraz vaxt lazım olacaq ki, tam bərpa olub uyğunlaşsınlar.
İSRAYIL XEYRULLAYEV
"Hələ bəzi çatışmazlıqlar var" - Qurban Qurbanov
Manşet / Ölkə futbolu






