Bu klublardan biri də ''Mançester Siti''di. Demək olar, ''Fənər''in bütün son matçlarında tribunada ''Siti''nin skautlarını görmək mümkündü. ''Fanatik'' nəşrinin yazdığına inansaq, 17 yaşlı hucumameyilli yarımmüdafiəçininin start heyətində meydana çıxdığı kubokda ''Çaykur Rizəspor''a və superliqada ''Kasımpaşa''ya qarşı oyunlarda onu diqqətlə təqib edən skautlar hazırladıqları raportu ''Siti'' rəhbərliyinə göndəriblər. Nəşrin versiyasına görə skautların Arda Gülərlə bağlı yekun rəyi belə olub:
''Böyük futbolçu və ulduz olmaq potensialı yüksəkdi. 17 yaşı olsa da, oyununu içində itib-batmır. Daim top axtarışındadı və üzərinə məsuliyyət götürməkdən çəkinmir. Özünəinamı yüksəkdi. Oyunu oxuma və tez düşünmə özəlliklərindən başqa texnikası da yüksək səviyyədədi. İnkişafa son dərəcə meyilli olan bir futbolçudu. Amma fiziki göstəriciləri və oyundan düşməmək, oyunun tempinə ayaq uydurmaq məsələlərində hələ bir qədər üzərində işləməlidi''.
Şaiyələrə inansaq, artıq PSJ də Arda Gülər ilə yaxından maraqlanmağa başlayıb.




