Türkiyə yığması ili ardıcıl 2 qələbə ilə başa vurdu.
Football-plus.az xəbər verir ki, Şotlandiyanı 2:1 hesabı ilə məğlub edən qardaş ölkənin yığması dünən eyni hesabla Çexiyadan üstün oldu. Şotlandlarla qarşılaşmada şans qazanmayan ''Fənərbaxça'' və Türkiyə futbolunun yeni ulduzu Arda Gülər dünənki oyunda 68-ci dəqiqədə yerli fanatların böyük alqış sədaları altında meydana çıxmaqla yığmada debüt etdi. 17 yaş 8 ay 25 günlüyündə meydana çıxan Gülər Türkiyə yığması tarixində forma geyən ən gənc 4-cü futbolçu oldu. Bu göstəricidə 3-cü pillədə Canər Ərkin (17 yaş 7 ay 22 gün), 2-ci pillədə Batuhan Karadəniz (17 yaş 22 gün), 1-ci pillədə isə Nuri Şahin (17 yaş 1 ay 3 gün) qərarlaşıb.