Futbolçu həmin videoda bunları deyir:
''Salam Arda Gülər. Yeni mövsümdə sənə bol şanslar arzulayıram. Ümid edirəm ki, portuqaliyalı məşqçilərin başçılığı altında uğurlu dönəm keçirəcəksən və çoxlu oyunlarda iştirak edib titullar qazanacaqsan''. Bilindiyi kimi ''Fənərbaxça''nı bu yaydan etibarən tanınmış portuqaliyalı mütəxəssis Jorje Jezuş çalışdırır. Jezuşun köməkçilərindən biri olan Marsio Sampayo ''Sportinq''də Fernandeşlə birlikdə çalışıb. Fernandeş videoda zarafatca ona da sataşaraq bunu deyib: ''Ümid edirəm, Marsio ilə daha çox vaxt keçirəcəksən. O, dünyanın ən yaxşı fizioterapevti olmasa da, çox əyləncəli insandı''.




