Mustafayeva Belçikada UEFA-nı təmsil edəcək

11.11.2026 10:00 0
Ölkə futbolu
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Qadınlar Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Matç bu gün Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21.45-də başlayacaq.