Ötən mövsüm 1-ci liqada 2-ci yeri tutan, premyer-liqaya yüksəlmək uğrunda pley-off matçına qədər irəliləyən “Mingəçevir” həmin vaxtdan bəri çöküb. Bu komandanın formasını geyən futbolçular maaş ala bilmədiklərinə görə 7-ci turda “Şahdağ Qusar”la oyuna da çıxmayıblar. Bu səbəbdən qərb təmsilçisinə texniki məğlubiyyət verilib. Bu hal 2-ci dəfə təkrarlanarsa, komanda liqadan kənarlaşdırılacaq.
Mingəçevir futbolunun yetirməsi Ədəhim Niftəliyev şəhərin təmsilçisi ilə bağlı bunları dedi:
“Hazırda mənim klubla əlaqəm olmasa da, vəziyyətdən xəbərdaram. Mən də həm mingəçevirli, həm də mütəxəssis kimi klubun dağılmasını istəmirəm. Hər klubda belə maliyyə çətinliyi olur. Çox güman, “Mingəçevir” yaşayacaq, növbəti oyuna çıxacaq”.
İSRAYIL XEYRULLAYEV