"Araz Naxçıvan" problemlə üzləşib - AÇIQLAMA

31.01.2023 21:15 464
I liqa / Manşet
Birinci divizionda 2-ci dövrənin startına bir həftə qalır.

Çempionatın lideri "Araz Naxçıvan" da hazırlığı davam etdirir. "Football-plus.az" saytı olaraq detallara aydınlıq gətirmək üçün komandanın baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq:

"Bir qədər sıxıntımız vardı. 6 futbolçumuz qripə yoluxmuşdu. Biri isə xeyli vaxt idi zədəliydi. Şükürlər olsun, hazırda hər şey qaydasındadı. Bütün futbolçularımız sağalıb. Sabah "Neftçi-2" ilə sonuncu yoxlama matçımızı keçirib Naxçıvana qayıdacağıq. Bir həftə sonra çempionatda "Qarabağ-2" ilə oyunumuz var və yenidən Bakıya qayıdacağıq".

ABDULLA İSMAYILOĞLU