2022/23 mövsümündə 1-ci divizionda çıxış edəcək "Araz-Naxçıvan" yeni futbolçular cəlb etməklə heyəti komplektləşdirir.
Dünən komandanın baş məşqçisi Azər Bağırovla əlaqə saxlamaqda məqsədimiz də son yeniliklərlə tanış olmaq idi:
"Hazırlıq plana uyğun davam etdir. İki legioner - Ege Atlan və Zöhrab Fəxrəbadiylə böyük ölçüdə razılaşmışıq. Sadəcə, AFFA və PFL-dən lazımi sənədlərin təsdiq olunmasını gözləyirik. Həmçinin heyətimizə "Sabah"dan daha bir gənc futbolçunu cəlb etmişik. Bu, 2003 təvəllüdlü Əbil Əbilovdu. "Sabah"ın U-19 komandasının əsas futbolçularından olub. Sol cinah yarımüdafiçisi olsa da, müdafiənin cinahında da çıxış edə bilir. Düşünürəm ki, bir həftə ərzində hər üç futbolçunun transferi rəsmiləşəcək".
ABDULLA İSMAYILOĞLU