Fodenlə müqavilə yeniləndi

18.10.2022 21:55 315
Dünya futbolu
“Mançester Siti”də gözlənilən əməliyyat rəsmiləşib: Fil Fodenlə müqavilə yenilənib.

Football-plus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayınadək razılaşdırılan anlaşma imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi. Qeyd edək ki, Foden MS-nin yetirməsidi. O, 2017-ci ildən klubun əsas komandasında oynayır.