Məqsəd kluba dəstək olmaq istəyən şəxslər vasitəsilə avtobus almaq üçün vəsaitin yığılması idi. Bunun üçün ianə edənlərin adı həmdə klubun tarixinə keçirdi.
Maraqlıdı, "Turan 100K" layihəsinin sonu necə oldu? Kluba avtobus almaq üçün lazımi vəsait toplanıb? Bu suallara cavab tapmaq üçün FİF-in kommersiya meneceri Mehriban Mürsəlova ilə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:
"Hazırda “Turan 100k” layihəsində gedişat bir o qədər sürətli deyil. Artıq mövsümün ikinci yarısı başlayıb. Layihəmiz isə çempionatın sonuna qədərdi. Ümid edirik ki, uğurla başa çatacaq. Hazırda layihə üzrə 887 piksel alınıb, 6253 piksel isə hələ də qalıb. Rəqəmlər də aktivliyin aşağı səviyyədə olduğunu bir daha göstərir. Mövsümlük biletlərə gəlincə, artıq bu proses başa çatıb. Yarısı satılmışdı, qalanı da layihə çərçivəsində əməkdaşlarımız tərəfindən alınıb".
ŞAİR ABDULLA





