"Neftçi"nin hücumçusu rəsmən Kipr klubunda

23.01.2023 15:46 258
Ölkə futbolu
"Neftçi"nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, qanalı forvard "Apollon"la razılaşıb. Bu barədə Limassol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvardla müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Donyo 2022-ci ilin yanvarından "Neftçi"də çıxış edirdi.