"Marsel"in hücumçusu "Yuventus"da

26.08.2022 13:47 407
Dünya futbolu
"Marsel"in hücumçusu Arkadiuş Milik "Yuventus"a keçib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Polşalı forvard İtaliya klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 2021-ci iln yanvarından "Marsel"də çıxış edən Milik 55 oyuna 30 qol vurub, 3 qol ötürməsi edib. Onun Fransa klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.