"Neftçi"nin üzvü Cənubi Kipr klubunun hədəfində

21.01.2023 10:52 606
Premyer-liqa / Manşet
Qodsvey Donyo ilə daha bir klub maraqlanır.

Football-plus.az xəbər verir ki, söhbət "Apollon"dan gedir. Məlumatı Cənubi Kipr mətbuatı yayıb. Limmasol təmsilçisinin 28 yaşlı forvardla yaxından maraqlandığı bildirilib.

Qeyd edək ki, premyer-liqada 15 matçda meydana çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 4 məhsuldar ötürmə edib.