Yusuf Lavalı Portuqaliyanın "Arouka" klubuna satan "Neftçi"də daha bir ayrılıq reallaşa bilər.
Football-plus.az xəbər verir ki, paytaxt təmsilçisində Qodsvey Donyo yol üstündədi. Onun İsrailə qayıtmaq variantı mövcuddu. Hücumçu ilə Təl-Əviv "Hapoel"inin yaxından maraqlandığını bir neçə gün əvvəl nəzərinizə çatdırmışdıq. Donyo “ağ-qaralar”dan ayrılmaq istədiyini rəhbərliyə bildirib. O, İsraildə daha rahat olduğunu qeyd edərək komandadan ayrılmaq istəyir.
Ötən ilin yayında Hayfa "Makkabi"sindən "Neftçi"yə gələn qanalı hücumçu 21 oyunda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.