"Ağ-qaralar"ın qələbəsiyylə başa çatan matçın 54-cü dəqiqəsində qonaqların hücumçusu Qodsvey Donyo zədələnərək əvəzləndi. Görəsən, futbolçunun durumu necədi? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
"Donyo müayinələrdən keçdi. Qabırğasında sınıq, çat yoxdu. Amma həmin nahiyədə sinir ağrıları var. Müalicəsi davam edir. 7-ci turun "Səbail"ə qarşı səfər matçında oynayıb-oynamayacağı dəqiq deyil".
ABDULLA İSMAYILOĞLU




