Premyer-liqanın 20-ci turunda “Sauthempton”a məğlub olan “Everton” qələbəsiz oyunlar seriyasını 9-a çatdırdı.
Liverpul klubu sonuncu dəfə oktyabrın 22-də “Kristal Pelas”ı darmadağın edib (3:0) və həmin vaxtdan bəri keçirdiyi oyunların 2-də heç-heçə edib, 7-də uduzub. “Everton” həmçinin 1958-ci ilin sentyabrından bəri ilk dəfə ardıcıl 4 ev oyununda məğlub oldu.